21 İyul 2014 13:46
1 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin ən məşhur müğənnilərindən biri İbrahim Tatlısəs 2011-ci ildə avtomat silahdan atəş açılmaqla sui-qəsdə məruz qalmışdı.

Başından güllə yarası alan İ.Tatlısəsin müalicəsi davam edir. Buna rəğmən o, reklamlara çəkilməklə bağlı çoxlu təkliflər alır.

Alınan məlumata görə, Türkiyədə yanacaqdoldurma şəbəkələrinə malik şirkətlərdən biri İ.Tatlısəsə reklam çəkilişini və bunun müqabilində 10 milyon lirə təklif edib.

İ.Tatlısəs təklifi qəbul etməyib.

/milli.az/


Müəllif: