20 İyul 2017 12:52
1 290
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neçə vaxtdır hamı məndən qolumdakı izi soruşur. Düşünürəm ki, açıqlamağa ehtiyac var. Bu, yanıq ləkəsidir. 1 yaşımdan qalma ləkə…

Teleqraf.com xəbər verir ki, aktrisa Pərvin Abıyeva qolundakı yanıq iziylə bağlı bunları deyib:

"Üstümə çay dağıtmışdım. Üzüm, sinəm, qolum yanmışdı. Qoluma sarğı bağladıqları üçün yanığın ləkəsi qalıb. Nəysə ki, üzümə və sinəmə sarğı etməyiblər deyə iz qalmayıb. Çaya və istiyə olan sevgi məndə uşaqlıqdan var. Körpəliyimdən bu yana od məni çəkir. Hətta gözüm görə-görə tonqalın içinə gedib girirdim. Yəni məndə belə yanıq ləkələri kiçik olsa da, çoxdur".


Müəllif: Könül