21 İyul 2014 15:51
933
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın Dallas şəhərindəki Corc Buş adına mərkəzdə dizayner Oskar de la Rentanın geyimlərindən ibarət sərgi açılıb.



64 libasın nümayiş olunduğu ekspozisiya amerikalı modelyerin karyerasının 50 illiyinə həsr olunub. Burada ilk dəfə olaraq, ABŞ-ın birinci xanımları, o cümlədən aktrisa və aparıcılarının geyimləri sərgilənir.


7 hissəli sərginin ən çox maraq doğuran bölməsi Lora Buş, Hillari Klinton, Nensi Reyqanın libaslarının sərgiləndiyi "Birinci xanımların stili"dir.


"Oskar de la Renta: stilin 5 dekadası" sərgisi iyulun 17-dən oktyabrın 5-dək davam edəcək.

/Buro24/7.az /



Müəllif: