24 İyul 2017 17:17
1 170
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əziz dostlarım və izləyicilərim! Sizə yeni layihəmin videosunu təqdim etmək istəyirəm! Bu yaxınlarda məndən yeni fotoları və çox maraqlı yeni video-rolikimi gözləyin. Əminəm ki, sizin zövqünüzü oxşaya biləcəyəm.

Bu sözləri müğənni Sevda Yəhyayeva yeni fotosessiyasının kadrarxası görüntülərini sosial şəbəkələrdə paylaşaraq yazıb.

Teleqraf.com xəbər verir ki, Sevdanın imici sosial şəbəkələrdə məşhur ulduz Cennifer Lopezin imicinə bənzədilib. Belə ki, Sevda burda Lopezin donuna bənzəyən, eyni uzunluqda ətəkləri olan və eynilə sarı rəngdə hazırlanan don geyinib.

Qeyd edək ki, S.Yəhyayevanın imici üzərində Anar Ağakişiyev çalışıb. Saç düzümü Anar Vəfaya, libası isə modelyer Fikrət Əliyevə aiddir.


Müəllif: Könül