21 İyul 2014 18:14
1 157
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Rəqsanə İsmayılova “Aşk” adlı mahnısına klip çəkdirib

Teleqraf.com axşam.az-a istinadən xəbər verir ki, sənətçi “Onlar” verilişinə açıqlamasında ekran işinə çoxlu pul xərclədiyini deyib:

“Klipdə məni 40-a yaxın rəqqas müşayiət edib. Qiyməti yüksək avtomobillərdən istifadə olunub. Çox bahalı işdir”.

Qeyd edək ki, sənətçinin sözləri və musiqisi özünə, aranjmanı Kaan Gökmana aid olan yeni mahnısının klipi sentyabrda nümayiş olunacaq.

Bundan başqa, bölgələrdə xeyriyyə konserti verəcək Rəqsanə yekun olaraq Heydər Əliyev adına sarayda çıxış edəcək. O, bu tədbirin də eyni məqsədli olacağını bildirib:

“Konsertdə türkiyəli müğənninin iştirakı da gözlənilir. Adını, hələ ki, sirr saxlayıram. Bu konsertə də giriş sərbəstdir”.


Müəllif: