21 İyul 2014 20:29
2 554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransız musiqiçisi Serj Qensburun ailəsində anadan olub. Amma bütün dünya onu danimarkalı rejissor sayəsində tanıyıb. Tez-tez də soyundurulub. Çünki kamera arxasında dayanan adam Lars fon Trier, kamera qarşısındakı aktrisa isə Şarlota Qensburdur.

Bu gün “Antixrist”, “Melanxoliya”, “Ağac”, “Seks düşkünü” kimi filmlərdən yaxşı tanıdığımız Qensburun 42 yaşı tamam olur.

Teleqraf.com 1937.az-a istinadən aktrisanın müxtəlif vaxtlarda verdiyi müsahibələrdən seçmələri təqdim edir:

Yalnız özünüzdən nə isə tələb edə bilərsiniz. Başqalarından xahiş etmək lazımdır.

Uşaqlıqda anam mənimlə şəkil çəkdirəndə həmişə çılpaq olardı. Atam və anam həqiqətən qeyri-adi idilər.

Üzümdə yaranan bu səfeh və eybəcər ifadəni çox sevirəm.

Ekrandakı seks çox gülməlidir. Şəxsən mən çox gülürəm.

Həyatım, doğrudan, da əsl kollajdır. Valideynlərim 9 yaşım olanda boşanıblar. Analığım məndən cəmi 12 yaş böyük idi. Anam isə tezliklə özünə sevgili cavan tapmışdı. 19 yaşım olanda mən gələcək həyat yoldaşım İvanla tanış oldum. Biz artıq 22 ildir ki, bir yerdəyik.

Mənim üçün ən çətin texniki məsələ – içimdəki aktrisanı boğmaqdır. Çəkiliş prosesində qalan hər şey, sadəcə, zövq verir.

Pornonu çox sevirəm. 16 yaşımdan baxıram, ancaq bu barədə danışmağı sevmirəm. Çox intim mövzudur.

Mən qəribə tipləri sevirəm.

Qocalmaqdan qorxuram. Gün gələcək, güzgüyə baxmaq istəməyəcəm.

Yaxınlarım, dostlarımla əylənməyi çox sevirəm. Özümlə tək qalanda isə susmağa üstünlük verirəm. Özümlə tək qalanda o qədər də xoşbəxt olmuram.

Deyəsən, mazoxistəm. Əzab çəkməkdən əməlli-başlı zövq alıram.

Musiqi yer üzündəki ən gözəl şeydir. Ancaq hətta musiqi də ölünü dirildə bilmir.

Trierlə işləmək çox çətindir. O, həmişə insanları ağılsızlıq etməyə sövq edir. Bu, mənim xoşuma gəlmir. Birinci gün Lars çəkiliş meydançasına gəlir və “Mən bilmirəm nə çəkəcəm. Nəyə qadir olduğunuzu göstərin” - deyir. Aktyor panikaya qapılır, nə edəcəyini bilmir. Buna görə də kamera qarşısına keçəndə çox gülməli görünürsən.

Qadın təbiətə kişidən daha yaxındır.

Çox qeyri-stabil insanam, təsir altına tez düşürəm. Üç uşağın varsa, heç də yaxşı hal deyil. Zəif cəhətlərimi onlardan gizlətmirəm. Bəzən hətta yaxşı ana olmadığımı düşünürəm. İvan daha stabil və möhkəm adamdır. Uşaqlar, ən azından, ona güvənə bilərlər.

- See more at: http://1937.az/yeni/view/3601#sthash.FVKieINo.dpuf


Müəllif: