24 Aprel 2014 15:38

“Bu addımı kimdənsə qorxduğuma görə atmamışam”.

Bu sözləri “Axar.az”a açıqlamasında müğənni Natavan Həbibi Laçının işğal gününə düşən konsert proqramını təxirə salması ilə bağlı danışarkən dedi:

“Mən bu addımı kimdənsə qorxduğuma görə atmamışam. Sadəcə, anlaşılmazlıq olub, bilməmişəm. Bu, hamının başına gələ bilər. Sanki dünyanı dağıtmışdım, hamı məni qınadı. Sarayın rəhbərliyini bu mövzuda mənim tərəfimdə idi. Mənə dedilər ki, Laçının işğal günü may ayının on səkkizidir. Bunu bir çoxları eşitsə də, bəyanat veriləndə yenə söz-söhbətlərə son qoymadılar. Məcbur qalıb konserti təxirə saldım. Haqqımda deyilənlər də böhtandır, mən azərbaycanlıyam! Belə qərara gəldik ki, konserti may ayının iyirmi dördünə keçirək”.

Xatırladaq ki, müğənni mayın 17-də “Dinlə” adlı konsert proqramı ilə Heydər Əliyev adına Respublika Sarayında çıxış edəcəkdi. Amma Laçının işğal tarixinin konsertlə eyni vaxta düşməsi səbəbindən ciddi tənqid olundu, hətta ona “erməni qanlı” deyənlər də tapıldı. Bu səbəbdən N.Həbibi tədbiri təxirə salmağa məcbur oldu.


Müəllif: