24 Aprel 2014 15:40
1 449

Mərhum reper Hüseyn Dəryanın oxuduğu “Dostum” mahnısı təqdim olunub.

Teleqraf.com-un xəbərinə görə, mahnını onun dostu, müğənni Sənan üzə çıxarıb. “Dostum” mahnısını Hüseyn Dəryan ölümündən üç ay əvvəl müğənni Sənanla birgə oxuyub. “Youtube” kanalına yerləşdirdiyi mahnını Sənan Dəryanın əziz xatirəsinə ithaf edib:“Bu mahnı mərhum reper Hüseyn Dəryanın işıq üzü görməyən son studiya yazılarından biri olub. 6 ay əvvəl hazırlanmağa başlayan bu layihədəki mahnı 3 ay əvvəl oxunub. Layihədə iştirak edən hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, mahnının sözləri və musiqisi Hüseyn Dəryaya, aranjemanı Üzeyir Abdul Cabbara məxsusdur. Layihə Aytən Əliyeva və Ruslan Səfəroğlunun rəhbərliyi ilə hazırlanıb.

Pərvin


Müəllif: