22 İyul 2014 13:53
1 906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada keçirilən “Fort Boyard” yarışmasında müğənni Günay İbrahimlinin başına maraqlı hadisə gəlib

Alınan məlumata görə, sənətçi orada əcnəbi iştirakçını döyüb. Bu haqda “Gündəlik” verilişində aparıcı Mətanət Əliverdiyeva deyib. Xəbəri təsdiqləyən G.İbrahimli əməkdaşımızla söhbətində hadisə ilə bağlı bunları bildirib:

“Yarışmada qaydaya uyğun içərisinə gil tökülmüş otağa girib açarı götürməliydim. Otaqda isə fransız xanım var idi, idmançıydı. Açar onun arxasında asılmışdı. Mənə demədilər, hansı yolla almalısan. Mən də otağa girib, qızın saçını yoldum, boynuna cırmaq atdım, onu yerə yıxıb, açarı götürdüm”.

/axşam.az/


Müəllif: