8 Avqust 2017 08:59
2 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Ölümqabağı” layihəsinin növbəti qonağı ARB telekanalında yayımlanan “Ferma”, “Yarımada”, “Telekitab”, “Sevgi nağılı” proqramlarının aparıcısı Yeganə Cansaildir.

Yaxında öləcəyinizi bilsəydiniz:

- …nə düşünərdiniz?

- Düşünərdim ki, mənim axı nə qədər arzularım, reallaşdıra bilmədiyim işlərim qalıb. Özümü bu qədər xəyallarla yüklədiyim üçün üzülərdim…

- …son dəfə hansı yeməkdən yeyib, hansı içkini içərdiniz?

- Xarici mətbəxlərdən ən dadlı və yemədiyim yeməklərdən yeyib, “D'amalfi Limoncello Supreme” likörünü necəsə əldə edib dadardım ölmədən!

- …son kəs kimi öpərdiniz?

- Anamı ve sevgilimi.

- …ən dəyərli əşyanızı kimə verib gedərdiniz?

- Ən dəyərli əşyam noutbukumdur. Gələcək kitablarımın ideyaları, əlyazmalarım hamısı ordadır. Onu da yəqin ki, reallaşdıra biləcək yaxın dostuma bağışlayıb gedərdim.

- …nəyi ölümlə dəyişərdiz?

- Baxır ölümün qazanmaq istədiyinə…

- …son dəqiqələrinizi necə keçirmək istəyərdiniz?

- Son dəqiqələrimi fransız torpaqları olan Bora-bora adalarında dənizin sahilində, sevdiyim adamla keçirmək istərdim.

- O biri dünyada kimi görmək istəyərdiniz?

- Sevimli dostum Zərdüşt Şəfizadəni, Vaqif Səmədoğlunu və Remarkı…

- …kimi özünüzlə aparmaq istəyərdiniz?

- Yaşamaq şirindir. İnsan nə qədər çox yaşasa, bir o qədərini də arzulayır. Biz elə yaşayırıq ki, elə bil heç vaxt ölməyəcəyik. Ona görə də ən sevdiyim insan olsa belə, onu gözəl həyatından, arzularından ayırıb aparmaq istəməzdim.

- …son 3 kəlməniz nə olardı?

- Mən bu dünyada arzularımın çoxuna çatmışam. Amma ölsəm, ancaq bunu deyərəm:

"Hədiyyələrinçün təşəkkürlər, tanrım!"


Müəllif: Könül