22 İyul 2014 15:12

Buro 24/7 Azerbaijan Up Close & Stylish layihəsini davam etdirir.

Qəhrəmanımız Moskvadakı Crocus City-yə daxil olan “Zəfəran-2001” şirkətinin maliyyə direktoru Nəzrin Mirzoyevadır. O, uğurlu iş qadını olmaqla yanaşı, gənc ana və kübar tədbirlərin sevilən qonağıdır.

Nəzrin həftə ərzində müxtəlif obrazlarda görünür, geyim seçimində isə şıqlıq tərəfdarıdır. O, layihəmiz üçün Magura moda evindən 2 geyim seçib. Burada təqdim olunan geniş seçim imkanı sizə arzuladığınız obrazı tapmağa yardım edəcək.

Dəbdəbəli və gözoxşayan geyimlər arasında Nəzrinin ilk seçimi "Black Tie" stilində libasdır. Al-qırmızı rəngli geyim Nəzrinin bəyaz bənizini olduqca gözəl vurğulayıb. Dizayner Gülşən İbrahimovanın əl işi olan tül libas istənilən qadını gecənin ulduzu etməyə iddialıdır.

/Buro24/7.az /


Müəllif: