9 Avqust 2017 17:43
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış rəqqasə Fatimə Fətəliyeva anasının doğum günündə ona olan ürək sözlərini ifadə edib.

Teleqraf.com xəbər verir ki, sosial şəbəkədə anası ilə şəklini paylaşan Fatimə bunları yazıb: “Ana, Allah səni mənim başımın üstündən əskik etməsin. Göydə Allah, yerdə analar… Arzu edirəm ki, Aydanın, Hüseynin, Xosrovun, Nəzrinin toyunu görəsən”.

Fatimə daha sonra anasına şeir həsr edib:
Ana dünyanın tacı,
Ana ömür ağacı,
Ana şirindən şirin,
Ana qəlbin möhtacı…

Fatimə bu gün atasının doğum günü ilə bağlı onun da qəbirini ziyarət edib. O, atası haqda da bunları yazıb:

“Bu gün həm də mənim atamın doğum günüdür. Ata, Allah sənə rəhmət eləsin! Allah səni bizdən tez apardı, çox tez...

Qəfildən yetirdi əcəl özünü.

Qoymadı deməyə ürək sözünü.

Kəsdi nəfəsini, yumdu gözünü,

Əbədi ayırdı ailədən səni.


Müəllif: Könül