11 Avqust 2017 20:59
1 874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı oliqarx Roman Abramoviçin sevgilisinin adı açıqlanıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, avqustun 7-də həyat yoldaşı Darya Jukova ilə boşanma üçün müraciət edən Romanın Nadejda Obolentseva ilə eşq macərası yaşadığı məlum olub.

Obolentseva “Tatler” jurnalının baş redaktoru vəzifəsində çalışıb. Hazırda “Klub 418” intellektual birliyinin rəhbəridir. O, “Nefteqazindustriya” qrupunun top meneceri Ayrat İsxakov ilə ailəli olub. Cütlük bu ilin mayında boşanıb.


Müəllif: Samir