22 İyul 2014 16:53
1 082
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli müğənni-aktyor Halil Sezai dostları ilə birlikdə Bodrumda istirahət edir.

Müğənni ötən gün çimərlikdə sarışın bir qadınla görüntülənib. Ətrafdakı insanların baxışlarına əhəmiyyət verməyən H.Sezai yanındakı gözəlçə ilə öpüşüb. Fürsət tapanda dənizdə də çimib.

Yeni tanış olduğu xanımla xoş vaxt keçirən Halil "İncir reçeli 2" filmi ilə bağlı verilən sualları cavabsız qoyub.

Qeyd edək ki, Halil Sezainin baş rol oynadığı "İncir reçeli" filmi həm Türkiyədə, həm də ölkəmizdə maraqla qarşılanmışdı. Filmin davamı olan "İncir reçeli 2" isə yaxın zamanda nümayiş olunacaq.

/tabloid.az/


Müəllif: