12 Avqust 2017 15:54
1 691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən "Mambo biç" istirahət mərkəzində müğənni Roza Zərgərlinin “Hər gün” adlı solo konserti baş tutub.

İfaçının prodüseri Anar Əliyevin Teleqraf.com-a verdiyi məlumata görə, konsertdə yeni mahnılarını təqdim edən sənətçi üç fərqli paltarda çıxış edib. Roza ifaları və rəqsi ilə yanaşı, qısa donları ilə də diqqət çəkib.

Gecədə R.Zərgərli ilə səhnəyə müğənnilər Samira Allahverdi, Niyam Səlami, reper Elşad Xose, skripkaçı Səlim, Gülnar, Rəhman və Nuray üçlüyü və başqaları çıxıb.

Konsert maraqlı anlarla yadda qalıb.


Müəllif: Könül