12 Avqust 16:25

Müğənni Elvin Abdullayev yeni mahnısını və klipini təqdim edib.

Teleqraf.com xəbər verir ki, "Yola ver getsin" adlı mahnını ifaçı özü bəstələyib, sözləri isə Arzu Yəhyayevaya aiddir. Musiqinin aranjemanı üzərində Fərid İman işləyib.

Mahnının klipi gürcü rejissor Givi Maghradzeyə həvalə olunub. Klipdə aktrisalar Şəhanə Yusifova və Yağmur Şahbazova çəkiliblər.

Yay ab-havalı ekran işi dünən Yutub kanalında yerləşdirilib.


Müəllif: Könül