12 Avqust 14:52

Aşıq Namiq Fərhadoğlunun Lider TV-də yayımlanan "Köklə sazı - 6" verilişinin final buraxılışı baş tutub.

Teleqraf.com xəbər verir ki, aparıcılığını Lalə Əlimuxtarovanın etdiyi verilişdə qalib iştirakçının adı açıqlanıb. Final günü beş iştirakçı mübarizə aparıb.

Müsabiqədə birinci yeri Rahil Şamaxılı qazanıb. Qalibə bahalı avtomobil hədiyyə olunub. Digər iştirakçılara isə diplomlar təqdim edilib.

Namiq Fərhadoğlu yarışla bağlı fikirlərini telekanalla bölüşüb:

"Aşıq sənətinə xidmətim göz qabağındadır. Başqalarının bütün yaradıcılığına xərclədiyi pulu mən bir verilişə verirəm. Atamın el şənliklərindən qazandığı çörəklə böyümüşəm. Sazı heç vaxt atmaram”.

Namiq sentyabrdan "Köklə sazı -7"-nin başlayacağını deyib.


Müəllif: Könül