12 Avqust 22:42

Niyam Səlami evlənsəydi, dərdim olmazdı. Ən böyük arzum onun toyunu görməkdir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında tanınmış müğənni Səidə Sultan deyib.

O, Niyamı qardaş kimi çox istədiyini bildirib.

Xatırladaq ki, Niyam Səlami mediaya yaxın bir ildə toy etməyi planlaşdırmadığını demişdi: “Mənim toyum olmayacaq. 20 nəfərlik bir qonaqlıq edəcəm. Buna hər iki tərəf razı olmalıdır. Onu mediadan gizli saxlayacam. Fikrimdə biri var, amma ona hələ etiraf etməmişəm. Razılıq olsa, bir ilə evlənəcəm”.


Müəllif: Könül Əlibəyli