17 Avqust 2017 01:43
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Forbes" 2017-ci ilin ən yüksək gəlirli aktrisası seçib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu, "La-la-lend" filmindəki roluna görə "Oskar" mükafatı alan amerikalı aktrisa Emma Stoundur.

Emma Stoun son 12 ay ərzində 26 milyon dollar gəlir əldə edib.

2-ci yerdə "Dostlar" teleserialının ulduzu amerikalı aktrisa Cenifer Enistondur. Onun son 12 ayda 25,5 milyon dollar qazanıb.

3-cü pillədə "Ac oyunlar" filmində əsas rolda oynayan Cenifer Lourens qərarlaşıb və onun 12 aylıq gəliri 24 milyon dollar təşkil edib.

Dünyada ən çox qazanan aktrisaların 5-liyinə tanınmış aktrisa Melissa Makkarti (18 milyon dollar) və Mila Kunis də (15,5 milyon dollar) daxil olublar.


Müəllif: Teleqraf.com