17 Avqust 2017 16:10
1 530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rejissor Kənan M.M İnstaqram səhifəsində “Gecə qonağı-2” adlı yeni filmindən Pərvin Abıyevanın qəza fraqmentini yayıb.

Teleqraf.com-un məlumatına görə, kadrda baş rolda çəkilən aktrisa Pərvin Abıyeva avtomobili ilə azyaşlını vurmamaq üçün əyləci basır və qəza törədir.

Kadrların ləngimə effekti ilə verilməsi səbəbindən həmin epizod izləyicilərdə böyük marağa səbəb olub.
Kənan M.M iddia edib ki, Azərbaycanda indiyədək bu cür çəkiliş aparılmayıb:

“Oktyabrın 2-si “Gecə qonağı-2” gəlir. Əgər belə çəkiliş haradasa görmüsünüzsə, mən bu ölkədən çıxıb gedim, siz də qəşəng gülməli kinolar izləyin.

“Bizdə kino var!” deyənlərə salam olsun. Həyatımın 9 ayını aldı. Halalınız olsun! Hər şey vətən üçün! Mən yazıq daha nə edim?!”


Müəllif: Könül