18 Avqust 2017 17:59
3 135
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Ədalət Şükürov sosial şəbəkədə kikboksinq döyüşçüləri arasında keçirilən turnirdə baş verən qalmaqallı videonu paylaşıb.

Teleqraf.com xəbər verir ki, videoda Gürcüstan və Azərbaycan idmançılarının qarşıdurması əks olunub.

Ədalət Şükürov qalib döyüşçüyə kəmərini təqdim etmək istəyəndə qarşıdurma yaşanıb. Uduzan gürcü idmançı qalib olan azərbaycanlı idmançıya qəfil hücum edib.

Müğənni paylaşımına “Azərbaycan Gürcüstan döyüşçüsünün qarşıdurması” şərhini yazıb.

Ədalət Şükürov Kikboksink Federasiyasının Sumqayıt filialının sədridir.


Müəllif: Könül