23 İyul 2014 11:46
1 513
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şpaqat” açan müğənni Könül Şıxəliyevə telekanallara çıxa bilmir.

Teleqraf.com-a açıqlama verən müğənni məsələyə belə aydınlıq gətirib:

“Hamı məndən soruşur ki, niyə verilişlərdə yoxam. Bunun cavabı çox asandır. Mən yeni çıxan müğənni olduğuma görə efirlərdə görünməm üçün ödəniş etməliyəm. Mənim o, qədər də imkanım yoxdur efirlərə pul xərcləyim. Onu da deyim ki, mən hansı verilişə çıxsam o, proqrama reytinq gələcək. Əslinə qalsa gərək proqramlar mənə pul ödəsin. Mən dediyim sözə əminəm hansı telekanala çıxsam oranın reytinq artacaq. Zarafat da olsa deyim ki, telekanalar yaxşı düşünsün ya pul ya da reytinq yəni mən”.

Pərvin


Müəllif: