23 İyul 2014 16:48
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti İlhamə Quliyeva həmkarı Nazpəri Dostəliyevadan məhkəmə yolu ilə qazandığı 25 min manatdan özünün istifadə etməyəcəyini deyib.

Axşam.az-ın əməkdaşı ilə söhbətində müğənni həmin məbləği hara xərcləyəcəyini açıqlayıb:

“Bu pul mənə lazım deyil. Onu Qarabağ əlillərinə, Xocalı soyqırımından əziyyət çəkənlərə, şəhid ailələrinə, kimsəsiz uşaqlara və qocalara bağışlayacam. Artıq 25 mini hara xərcləyəcəyimi qərarlaşdırmışam. Özü də məbləği bütov formada tələb etmişəm. Bank hesabına keçiriləcək. Sonra vəkilim onu götürəcək, çəkilişlə birlikdə sadaladığım yerlərə baş çəkəcəyik, pul paylanılacaq. Məhkəmədə qalib oldum. Buna görə, dövlətimizə, Ali Məhkəmənin işçilərinə, vəkilim Pərviz Hacılıya minnətdaram. Bu cür obyektivliyə görə təşəkkür edirəm. Mən hər zaman qalib gələn xanımam”.


Müəllif: