31 Avqust 2017 08:54
3 795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq bir əsrdən çoxdur ki, Sibir səmasında partlamış məşhur Tunqus meteoritinin tədqiqatı davam edir.

Teleqraf.com xəbər verir ki, ufoloqların çoxu həmin obyektin meteorit yox, yadplanetlilərin planetimizdə qəzaya düşmüş kosmik gəmisi olduğunu hesab edir. Bir sıra tədqiqatçılar isə əmindir ki, obyekt yadplanetlilərin partlatdığı meteoritdir. İsətnilən halda mütəxəssisləri bir sual düşündürür: obyekt nə olur-olsun, bəs onun qalıqları hara yoxa çıxıb?

Bir qədər əvvəl isə virtual arxeoloqlar sputnikdən göndərilən şəkillərə baxarkən Krasnoyars ərazisində yerləşən Çeko gölü ətrafında (bəzi alimlərin fikrincə bu göl Tunqus meteoritinin düşməsindən sonra yaranaraq su ilə dolub) yaşıllıqlar arasında çoxbucaqlı nəhəng mavi obyekt tapandan sonra fikirlər daha da haçalanıb. Obyekt yuxarıdan baxanda bir tikiliyə bənzəsə də, baxış bucağını nəzərə alanda buna hansısa bir bina demək mümkün deyil.

Xəritələrdə isə həmin ərazidə hər hansı tikintinin olması qeyd edilməyib. Bundan başqa, həmin müəmmalı obyekt ufoloqların dediyinə görə, zəif metal təbəqə ilə örtülüdür ki, bu da müəyyən fikirlərin doğmasına səbəb olur.


Müəllif: Teleqraf.com