23 İyul 2014 22:54
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ağdamın işğalı günüdür

Birçox sənətçilər kimi müğənni Günel Zeynalova da bu günü unutmayıb.

Türkiyədə yaşayan azərbaycanlı müğənni ata torpağı haqqında sosial şəbəkələrdə bunları yazıb :

“Bağışla, Ağdamım məni bağışla. Qayıdacağam bir gün sənin qoynuna. Bağışla, Ağdamım, məni bağışla. İyirmi bir ildir ki, dədələrimin məzarını görmürəm. Müharibə olmasın. Uşaqlarımız ölməsin. Analar ölməsin. Bir gün qayıdacam. Bir gün suyundan içib, torpağına ayaq qoyaram. Qarabağ sən bizimsən, başqa heç kimin deyilsən. Vicdansız, qansız düşmənlərimizin deyilsən. Yaşayırıq əli, qolu bağlı. İnanıram ki, torpağımıza dönəcəyik. Ağdamım”.

/gecce.az/


Müəllif: