4 Sentyabr 2017 15:24
2 143
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATV telekanalından tanıdığımız aparıcı Murad Əzimzadə elə həmin telekanalın efirində yayımlanacaq "Ögey ana" adlı yeni seriala çəkilir.

Bu barədə Teleqraf.com-a M.Əzimzadə özü məlumat verib. O, yeni ekran əsərində Samir obrazını canlandıracağını bildirib: “Çəkilişlər artıq başlayıb. Serial sentyabrın 11-dən etibarən efirə çıxacaq. Amma tamaşaçılarıma bildirmək istərdim ki, mənim çəkildiyim hissələr əsasən oktyabr ayında efirdə görünəcək. 30-cu bölümdən sonra baş rolun əsas düşməni kimi ortaya çıxacağam. Lakin tamaşaçılar ilk seriyada da məni görəcəklər. Mənfi obrazı canlandırıram. Filmin süjet xətti ailə dramı üzərində qurulub. Bir qızı sevirəm, varlıyam. Lakin düşmənlərim var. Ən əsas düşmənim həmin qızı sevən başqa bir kasıb oğlandır. Rəqibim baş rolda oynayacaq”.

Murad serialın çox maraqlı olacağına zəmanət verdiyini bildirib: “Gündəlik serialdır. Həftədə 4 dəfə saaat 21:15-də yayımlanacaq. Quruluşçu rejissor Sahin Qəhrəmandır. Köməkçi rejissor Qulu Əsgərovdur. Aktyor heyəti çox zəngindir. İlqar Cahangir, Kəmalə Müzəffərli, Gülər Nəbiyeva və başqaları da mühüm rolları ifa edirlər. Çox maraqlı olacaq. Hamını bu serialı izləməyə dəvət edirəm”.


Müəllif: Könül