5 Sentyabr 2017 19:58
1 787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bodrumda həyat yoldaşı Özər Çillərlə birlikdə tətildə olan Türkiyənin keçmiş Baş naziri Tansu Çillər çimərlik geyimində fotoqrafların obyektivinə tuş gəlib.

Teleqraf.com xəbər verir ki, iyundan etibarən Bodrumda dincələn cütlük Qurban bayramı tətilini də dəniz kənarındakı istirahət məkanında keçirib. Gəmi ilə dənizə səyahətə çıxmağı xoşlayan Tansu Çillər mühafizəçilərin müşayiəti ilə paparatsilərdən qorunmağı bacarsa da, “Sabah” qəzetinin köşə yazarı Bülent Cankurt Çillərin fotoşəklini yayımlayaraq sabiq baş nazirin yarım saat dənizin dadını çıxardığını qeyd edib. Xanım Çillər gözündə eynək, başında kepka ilə cangüdənlərin qoruması altında dənizdə üzüb.


Müəllif: Kəmalə