7 Sentyabr 2017 13:26
1 411
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün aktrisa Cəmilə Tağızadənin toyu olacaq.

Teleqraf.com xəbər verir ki, Cəmilə Murad adlı Türkiyə vətəndaşı ilə ailə qurur.

Məclis dənizkənarı istirahət mərkəzlərindən birində baş tutacaq. Gecəyə az sayda qonaq dəvət olunub.

Aktrisa ərə getdikdən sonra İstanbula köçüb orada yaşayacağını bildirib.

Cəmilə Tağızadə indiyə qədər ATV-də yayımlanan “Dəfnə yarpağı” serialında, “Səndən sonra”, “İkinci bahar”, “Göyçək Fatimə-1”, “Göyçək Fatimə-2”, “Taksi parkı” filmlərində, eyni zamanda, “Odlar yurdu” adlı İran filmində rol alıb.


Müəllif: Könül