9 Sentyabr 00:11
366

Müğənni Zenfira İbrahimova bir zamanlar prodüseri olan Aynur Əliyeva ilə barışıb.

Teleqraf.com xəbər verir ki, müğənninin prodüseri onunla fotosunu sosial şəbəkədə paylaşaraq, aşağıdakıları yazıb:

“Deməli belə… “Ətlə dırnağın arasına girən iylənib çıxar” deyirlər. Bu da olmalıydı ki, oldu. Məndən ona, ondan mənə söz çatdıranlar, arada söz gəzdirənlər və 2 il birlikdə çörək kəsdiyimiz, işlədiyimiz Zenfira İbrahimova ilə aramızı vuranlar, utanın. Əlinizə nə keçdi bizi ayırmaqla? Amma Allah nə edirsə, yaxşılığa doğru edir. Hamını, üzümə gülüb arxamca iş görənləri tanıdım. Sadəcə mənliyiniz olsun…”


Müəllif: Elvin