9 Sentyabr 18:15

Türkiyəli məşhur “Fi” filminə çəkilən aktrisa Serenay Sarıqaya İstanbuldakı alış-veriş mərkəzlərinin birində görüntülənib.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, onun geyindiyi qırmızı donunu görənlər aktrisanın zövqünə şübhəylə yanaşıb, donun ona yaraşmadığını deyiblər.

Serenay Sarıkayanın bəyənilməyən paltarının xüsusi hazırlandığı və nə az nə çox, 6 min türk lirəsinə başa gəldiyi məlum olub.


Müəllif: Teleqraf.com