10 Sentyabr 21:27

Müğənni-bəstəkar Murad Arif yeni klipini təqdim edib.

Teleqraf.com xəbər verir ki, sənətçi çoxdan anons etdiyi “Partlat” mahnısını nəhayət ki, ekranlaşdırıb.

Mahnının müəllifi Murad Arifin özü, klipin rejissoru isə Cəlal Kəngərlidir.

Klip “Millət rəqs edəcək” devizi ilə çəkilib. Klipdə müxtəlif formalarda rəqs edən insanlar göstərilir. Məsələn, piyada keçidini keçərkən, mağazada alış-veriş edərkən rəqs edən, tıxacdan səbrsizlənərək oynayan və başqa məkanlarda rəqs edən insanlar görünür.

Bu mənada klip Pharrell Williamsın “Happy” klipini xatırladır.


Müəllif: Könül