13 Sentyabr 2017 12:30
1 139
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış ifaçı İrəm Dərici zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, qida qəbulundan sonra halı pisləşən ifaçının hazırda vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

İrəm bu səbəbdən Ankarada verəcəyi konsertini də təxirə salıb. O, İnstaqram səhifəsində tamaşaçılarından üzr istəyib:

“13 sentyabrda Ankara konsertimiz qidadan zəhərlənməyə görə həkimin göstərişi ilə iki günlük təxirə salınır. Çəkdiyim ağrını sizə izah edə bilmirəm, xəstəxanada yerdə sürünürdüm. Sevənlərimdən və bütün Ankara xalqından üzr istəyirəm. Ən yaxın vaxtda görüşmək ümidi ilə...”


Müəllif: Könül