13 Sentyabr 2017 19:30
2 340
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə dini icma liderlərindən biri – Harun Yəhya ləqəbi ilə tanınan Adnan Oktarın istirahət fotoları yayılıb.

Teleqraf.com xəbər verir ki, 61 yaşlı A.Oktarın yaxtada, nəfis təamlarla bəzədilmiş masası onun din adına sərvət toplamaqla məşğul olmasından xəbər verir. Bu fotolarla həm də insanları savab əməlləri sayəsində cənnətlə müjdələyən A.Oktarın cənnəti bu dünyada əldə etməyə çalışdığı, din adı ilə möhtəkirlik etdiyi açıq-aşkar görünür.

Sözügedən fotoları təqdim edirik.

Qeyd edək ki, A.Oktar 2 fevral 1956-cı ildə Ankara doğulub. Təkamül nəzəriyyəsi və şəxsən Çarlz Darvin əleyhinə çoxsaylı kitabın müəllifidir. Müxtəlif mətbuat orqanları onu dəfələrlə fərqli-fərqli məsələlərdə ittiham edib. A.Oktar hərbi xidmətə çağrılmaması üçün 7 müxtəlif xəstəxanadan paranoid şizofrenik diaqnozunu təsdiqləyən arayış təqdim edib.


Müəllif: Səxavət