24 İyul 2014 16:40
1 255
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Aygün Kazımova ötən gün İnstaqram səhifəsində ona bağışlanan gül dəstəsinin şəklini paylaşaraq "Onun hədiyyəsi" sözlərini yazıb.

Məlumata görə, müğənninin bu addımı sosial şəbəkədə maraq doğurub.

Hazırda Türkiyədə olan A.Kazımova məsələ ilə bağlı əməkdaşımızla söhbətində bunları deyib:

“Məncə, burada şərhə ehtiyac yoxdur. Burnuma gözəl iy gəlir. Deyəsən, havada eşq qoxusu var”.

Xalq artisti çiçəyi göndərənin kimliyi ilə bağlı suala isə “Hələ sirdir. Amma tezliklə bu məsələyə yenidən qayıdacam və açıqlama verəcəm” cavabını söyləyib.

Qeyd edək ki, müğənni bir müddət əvvəl müsahibələrinin birində həyatında heç kimin olmadığını, amma sevmək istədiyini bildirmişdi.

/axşam.az/


Müəllif: