14 Sentyabr 2017 19:23
2 209
12 Punto 14 Punto 16 Punto 18 Punto

ARB TV-də yayımlanan “Günə davam" verilişində qonaq olan müğənni Damla haqqında yayılan narkoman xəbərinə aydınlıq gətirib.

Teleqraf.com xəbər verir ki, o, bunun ifaçıya qarşı olan qara piar adlandırıb:

“Əgər Damla narkomandırsa, ayın 24 günü toya necə gedir? Bu yay boyu bölgələrdə silsilə konsertlərlə çıxış etmişik. Ansamblımla bərabər 2-3 saat dayanmadan çıxış etmişik. Narkoman yatmadan, dincəlmədən necə məclis apara bilər? Bu mənə qarşı qara piardır. Toy bazarıma zərbə vurmaq istəyirlər”.
Qeyd edək ki, bir müddət öncə müğənninin narkotik istifadəçisi olması ilə bağlı xəbərlər yayılmışdı.


Müəllif: Teleqraf.com