15 Sentyabr 2017 23:58
1 152
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nazənin oğlu Orxan üçün ad günü mərasimi təşkil edib.

Teleqraf.com xəbər verir ki, sənətçi oğlunun özəl gününə yalnız ailəsinə yaxın olan insanları dəvət etdiyini bildirib:

“Allah hər kəsə qapısında xeyir iş təşkil etməyi qismət eləsin. Oğlumun ad gününü elə bağ evimizdə qeyd elədim. Hər il ad günü keçirməyi, insanlara əziyyət verməyi sevmirəm. Keçən ay adımı daşıyan nəvəmin ad gününü ailə üzvlərimizin əhatəsində qeyd elədik. Oğlumun ad gününü elə də böyük etmək istəmədim. Sadəcə, mənim ailəmə yaxın insanlar iştirak etdi. İllərdir mənim rəfiqəlik etdiyim müğənnilər Könül Kərimova, Ruhəngiz Allahverdiyeva, Mənzurə Musayeva da mənim balamın xoş günündə yanımda oldu. Bu doğum gününü restoranda edib, bütün sənət dostlarımı başıma yığa bilərdim. Amma istəmədim".


Müəllif: Könül