20 Sentyabr 2017 09:46
1 458
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli müğənni Əbru Gündeş Bakıya gəlib.

Teleqraf.com-un məlumatına görə, sənətçi azərbaycanlı iş adamının övladının toyunda çıxış edib. Toy Bakının məşhur "Böyük Saray" restoranında keçirilib.

Emin və Aytacın toy mərasiminin aparıcısı Nərgiz Cəlilova olub.

Toyda xalq artisti Zülfiyyə Xanbabayeva və əməkdar artist Röya Ayxan iştirak edib.

Gündeş məclisdə türk mahnıları ilə yanaşı, repertuarına Azərbaycan musiqiləri də əlavə edib. O, toyda “Daşlı qala”, “Olmaz-olmaz” kimi nəğmələrimizi ifa edib.

Əbru 5 milyon izləyicisi olan İnstaqram səhifəsində toydan çəkilən görüntüləri paylaşıb.


Müəllif: Teleqraf.com