21 Sentyabr 2017 15:35
997
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiliscə albom çıxarmağa hazırlaşan türkiyəli müğənni Ziynət Salı rəqs hazırlığı zamanı onurğa sütununu zədələyib.

Teleqraf.com xəbər verir ki, albom hazırlıqları üçün Londona üz tutan müğənni 5 məşqçi ilə çalışdığı 3 aylıq rəqs məşqləri zamanı bel sümüklərinin deformasiyaya uğramasına səbəb olub. Nəticədə bel ağırısı çəkən ifaçı xəstəxanaya yataraq müalicə etdirməli olub.

Daha sonra isə müğənninin belində əslində hər zaman ağrılar olduğu ortaya çıxıb. Ziynət Salı sosial şəbəkədə məsələ ilə bağlı bunları yazıb:

“Uzun zamandan bəri yaşadığım bel ağrılarına görə müalicə aldım. Amma artıq xəstəxanadan buraxılmışam. Evdə istirahət edəcəyəm. Maraqlanan, narahat olan, mesaj yazan hamıya bir-bir təşəkkürlər”.


Müəllif: Könül