25 İyul 2014 12:46
1 988
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hər güclü kişinin arxasında güclü bir qadın dayanırsa, hər güclü qadının arxasında da böyük xəyanətlər dayanır…”

Teleqraf.com tabloid.az-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Lalə Məmmədova istifadəçisi olduğu “İnstagram”da yazıb. Sevilən sənətçi paylaşdığı fotosuna məhz belə bir şərh yazıb.

Xatırladaq ki, keçən ilin sentyabrında sevilən sənətçinin boşanması ilə bağlı xəbərlər dolaşırdı. Daha sonra L.Məmmədova özü verilişlərdən birində qonaq olan zaman boşanması ilə bağlı dolaşan xəbərlərin həqiqət olduğunu demişdi.

Rəsmən hələ də evli olduqlarını bildirən L.Məmmədova boşanma prosesinin uzanacağını istisna etməmişdi. O, bu açıqlamanı verən zaman ikinci övladı hələ doğulmamışdı:

“İndi istəsəm də, boşana bilmərəm. Bətnimdə övladım var, ikinci dəfə ana olacağam. Biz insanlar heç bir şeydən sığortalanmamışıq. Övladım dünyaya gəldikdən sonra məsələ aydınlaşacaq. Mənim üçün hər şey artıq müəyyən olunub, sadəcə bu haqda danışmaq istəmirəm. Boşanacağam”.

Lalə Məmmədovanın həyat yoldaşı İlham Qafarov isə mətbuata açıqlamasında “Boşanıb, boşanmayacağımız barədə suallara mən yox, Lalə cavab verir. Onunla boşanmaq xəbərinə mən şərh vermək istəmirəm. Bu, mənim ailə məsələmdir. Bu barədə danışmayacağam”-demişdi.

Daha sonra isə cütlüyün boşanması ilə bağlı söz-söhbətlərə son qoyulmuşdu.

Qeyd edək ki, İlham Qafarovla ailəli olan Lalə Məmmədovanın Nərgiz və Çinarə adında iki qızı var.


Müəllif: