27 Sentyabr 2017 08:43
1 296
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki məşhur sənətçinin - Əhməd Aslan və Dəmət Akalının dueti böyük maraqla qarşılanıb. Onlar Aşıq Şərifin "Çeşməyi siyahım" mahnısını ifa ediblər.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, iki müğənnini bir araya gətirən ATV kanalında yayımlanan "Eşkiya dünyaya hökmdar olmaz" teleserialıdır. Filmdə Oktay Kaynarcanın (Çakırbəyli) qızı rolunu canlandıran Ece Hakimin (Zeynəb) cənazə törənində səsləndirilən bu duet hitə çevrilməkdədir.

Məşhur müğənni Əhməd Aslan əvvəlcə "Sui-qəsdin olmadığı dünyanın hökmü" albomunda yer alan mahnısını söyləyir, sonra isə iki sənətçi "Çeşməyi siyahım" mahnısını səsləndirilər.


Müəllif: Necef