29 Sentyabr 2017 08:21
2 202
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Beşiktaş"ın ulduz futbolçusu Dusko Tosiçin həyat yoldaşı Yelena Karleusa dünən İstanbulda Qeyrəttəpədə konsert verib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, Yelena Karleusa səhnəyə çıxmazdan əvvəl mətbuat mənsublarının suallarını cavablandırıb. Səmimi etiraflar edən Karleusa "İstanbulda ilk səhnəmdir və çox həyəcanlıyam" deyib.

"Bir azdan səhnəyə çıxacam və İstanbulda dinləyicilərimlə gözəl bir gecə yaşayacağam. Türkiyənin mətbəxini, mədəniyyətini və musiqisini çox sevirəm. Çox açıq-saçıq geyinməyi sevirəm. Bu açıq-saçıq geyimlərim ancaq səhnə üçündür. Əgər pulunuz və gözəl bədən formanız varsa, bu geyimləri siz də geyinə bilərsiniz", - deyə Karleusa xanımlara məsləhət də verməkdən çəkinməyib.

O deyib ki, küçədə çox darıxdırıcı paltarlar geyinir.

Jurnalistlərin "Dusko səni qəsqanırmı" sualına müğınni belə cavab verib: "Dusko məni qısqanmır. Məni hər halımla sevir. Tarkan Serbiyada ən çox dinlənilən müğənnidir onunla görüşüb mahnı oxumaq istərdim".

"Türkiyədəki futbolçuların həyat yoldaşları yengə adlandırılır. Artıq Siz də "Beşiktaş" tərəfdarlarının yengəsisinizmi" sualına Karleusanın cavabı belə olub: "Mən Serbiyada məşhur bir insanam. Bu işi 22 ildir görürəm. Burada Duskonun həyat yoldaşı kimi tanınıram və bununla qürur duyuram. Ancaq bunu da qeyd etməliyəm ki, mən bir ildə Duskonun qazandığı puldan daha çox qazanıram".


Müəllif: Natiq Nəcəf