30 Sentyabr 19:32

Türkiyəli modellər Çağla Şikel ilə Özgə Ulusoy modelyer Hakan Akkayanın “Nyu York Moda Həftəsi”ndə təqdim etdiyi “Hamımız birik və eyniyik” adlı dəfiləsində xarici modellərlə birgə podiuma çıxıb.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Çağla Şikel dəfilədən sonra “Formsante” jurnalına müsahibə verib.

Model bildirib ki, Amerikada insanlarla çox kəskin, duyğusuz və pis davranırlar: “Heç vaxt Nyu Yorkda yaşaya bilmərəm. Ölkəmdə o qədər sevgi görürəm ki, soyuq insanların arasında qala bilmərəm. Amerikada “Sənə ehtiyacımız yox, dön get ölkənə” tərzində davranırırlar”

Çağla Şıkel qeyd edib ki, 1998-ci ildə xarici ölkədən təkliflər alıb: “Amma qəbul etmədim. Bəlkə də dünyada çox məşhur birinə çevriləcəkdim, amma Türkiyədəki qədər xoşbəxt və rahat olmayacaqdım”.


Müəllif: Cəmilə