1 Oktyabr 20:21

Məşhur amerikalı aktyor Cim Kerriy (Jim Carrey) 2015-ci ildə intihar edən sevgilisi Katirona Vaytın(Cathriona White) daha bir məktubu üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, yüksək dozalı narkotik tərkibli maddələrdən istifadə edərək dünyasını dəyişən
Katirona məktubunda Cim Kerriyi onu pis vərdişlərə öyrətməkdə ittiham edib.

"Məni narkotiklə sən tanış etdin. Mənim üçün yaxşı şeylər etdin, amma bir insan kimi məni çökdürdün Cim", deyə məktubda qeyd olunur.

Eyni zamanda Vaytın komyuterində ələ keçirilən məktubunda Kerriyin onu HPV və HSV viruslarına yoluxdurduğu qeyd olunur.


Müəllif: Ruslan