2 Oktyabr 13:40

Oktyabrın 8-də ATV telekanalında əməkdar artist Murad Dadaşovun təqdimatında “Maşın” realiti şounun 15-ci sürətinə start veriləcək. Bu dəfə şouda baş tutacaq yeniliklərdən biri də səsvermə ilə bağlıdır.

Teleqraf.com xəbər verir ki, bundan sonra tamaşaçılar ses.mashinshow.com saytına daxil olmaqla, dəstəklədikləri iştirakçıya “online” şəkildə səs verə biləcəklər.

Qeyd edək ki, “M Group Production”ın istehsalı olan və “Xanımlar və cənablar” şüarı ilə yayımlanacaq budəfəki mövsüm buraxılışında yarışacaq 18 məşhur iştirakçıdan 9-u qadın, 9-u kişidir. Onların arasında həm yeni, həm də təcrübəli iştirakçılar var. Kişilərlə qadınların qarşıdurmasının baş tutacağı şouda iştirakçı olan ulduzların adları artıq dəqiqləşib. Lakin onların kimliyi ilk efir günü bəlli olacaq.

Budəfəki şou həm də yubiley buraxılışı olduğu üçün tamaşaçıları daha maraqlı sürprizlər gözləyir.


Müəllif: Şəfiqə Məlikova