4 Oktyabr 2017 00:12
1 165
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli aparıcı Burcu Əsmərsoyun yeni sevgilisi Bərk Suyabatmaz cazibədar aparıcının ən böyük düşməni Əslişah Alkoçların İnstaqram hesabını izləməyə başlayıb. Bu xəbərin ardınca Əslışah Alkoçlar gözlənilməz həmlə edib.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Əslışah Alkoçlar da Əsmərsoyun sevgilisinin hesabını izləməyə başlayıb. 24 yaşlı Əslışah Alkoçlar yaranmış durumla bağlı açıqlama verib: “O, yaşca məndən çox böyükdür. Aramızdakı gərginliyin səbəbi isə qısqanclıqdır. Hər kəsi özü bilər”.

Burcu Əsmərsoy isə açıqlamasında bildirib ki, hər kəs kimin kim olduğunu yaxşı tanıyır: “Məni belə işlərə bulaşdırmayın".

Qeyd edək ki, Əslışah Burcu Əsmərsoyu əsəbləşdirmək üçün hər dəfə onun 17 yaş böyük olduğunu qabardır.


Müəllif: Cəmilə