6 Oktyabr 2017 10:56
1 866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı model və aktrisa Bruk Şaylds ABŞ-da yayımlanan şou proqramlardan birində qalmaqallı açıqlaması ilə yadda qalıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 52 yaşlı aktrisa ABŞ Prezidenti Donald Trampın bir zamanlar ona sevgili olmağı təklif etdiyini bildirib:
“90-cı illərin sonunda Tramp ikinci həyat yoldaşından yenicə boşanmışdı. Film çəkilişi zamanı mənə “Səninlə birlikdə olmalıyıq. Sən Amerikanın sevimli ulduzu, mən isə dünyanın ən zəngin adamıyam. İnsanlar bu münasibətə heyran qalacaq”, - demişdi. Ancaq mən ona sevgilimin olduğunu bildirdim və təklifini rədd etdim”.


Müəllif: Samir