7 Oktyabr 2017 01:16
1 394
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli müğənni Dəmət Akalın qohumunun xəstə uşağına kömək etmədiyi üçün ünvanına səslənən sərt tənqidlərə sosial şəbəkə vasitəsilə cavab verib.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Dəmət Akalın bir izləyicisinin sosial şəbəkədə ona xitabən yazdığı "Qəlbi çox gözəldir Demetin... Ey insanlıq haradasan? Eynəyinizi çıxarıb baxın, həqiqətləri görəcəksiniz. O kor olan balaca heç görə bilməyəcək. İnsanlığa utanıram... Gülə gülə geyin çəkmələrini Dəmət” mesajına biganə qalmayıb.

Məşhur müğənni yazılanlara cavab verib: “Nənəm nəcisini divara sürtərkən, mən insanlara “gəlin halallıq istəyin” deyəndə sözümü heç kim eşitmədi! İnsanlıq hər kəsə məxsus bir şeydir. Nənəm inildəyə-inildəyə həyatdan getdi. Allah yuxarıdadır. Təhdid, şantaj və digər yanda inildəyərək gözlərini yuman nənəm... Ona görə də məsələnin astarından xəbəri olmayanlar səhifəmdə məni təhqir etməsin. Hər kəsin əzizi özünə qalsın. 20 ildir bir dəfə də olsun axtaran olmayıb məni. Eybi yox, mən eynəkli olum... Heç bir şey səbəbsiz deyil. Dəyərli xanıma kömək edən edib, mənimlə işləri olmasın”.


Müəllif: Cəmilə