7 Oktyabr 10:49

Arda Turanın da forma geydiyi Türkiyə-İslandiya oyunu 3-0-lıq məğlubiyyətlə bitdikdən sonra milli futbolçunun yenicə ayrıldığı sevgilisi Əslixan Doğanın İnstaqram üzrəindən etdiyi paylaşım diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Əslixanın İnstaqrama yüklədiyi videoda Mustafa Cecəli "Ey Tanrım, mənə 3 dənə, 3 də yetməz, 5 dənə ver..." sözlərinin yer aldığı "Yalnız qullar" mahnısını oxuyur. Mahnıdan ritm tutan Əslixanın qəhqəhələri eşidilir. Bununla da onun keçmiş sevgilisinə acıq verdiyi anlaşılır.

Xatırladaq ki, Arda Turan 3-cü dəfə ayrıldığı sevgilisi ilə bağlı İnstraqram hesabından “Əslixan Doğanla münasibətimizi hörmət çərçivəsində bitirdik. Bundan sonrakı hayatında ona can sağlığı və xoşbəxtlik diləyirəm. Qərarımıza göstərəcəyiniz anlayışa görə indidən təşəkkür edirəm...” mesajını yayınlamışdı. Beləliklə də sevgililər yenidən yollarını ayırmışdılar.


Müəllif: Teleqraf.com