8 Oktyabr 08:53

"Nelly" ləqəbi ilə tanınan amerikalı reper Kornell Heyns cinsi təcavüzə görə həbs olunub.

Teleqraf.com xəbər verir ki, qadın polisə müraciət edərək ifaçının Vaşinqtona qastrola gəldiyi avtobusda onu zorladığını bildirib.

"Nelly" həbs olunub. Vəkili bildirib ki, onun müdafiə etdiyi şəxsə qarşı açılan iş uydurmadır.

42 yaşlı rep ifaçısı 4 "Qremmi" mükafatının sahibidir.


Müəllif: Teleqraf.com