24 Oktyabr 2017 15:01
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

O qədər müğənnilər var ki, pula görə səhnədə özlərini, sənətlərini meymuna çevirirlər. Ağızlarına gələni danışır, yalan məlumatlar üzə çıxarırlar.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Virtual Həyat” proqramının qonağı olan müğənni Aslan Hüseynov deyib.

O, pul üçün hər şeyə hazır olan bəzi həmkarlarını qınaq atəşinə tutdu:

“Kiminsə avtomobili var, ondan məndə də olsun deməmişəm. Mən heç vaxt heç kimin malına göz dikməmişəm. Bu, mənim üçün maraqlı olmayıb. ”.

Bir-birinə pislik edib həmkarlarını qazdıqları quyuya salmaq istəyən bəzi şou nümayəndələrdən danışan müğənni onların çatışmazlıqlarını dilə gətirib:

“Əgər mənim hər şeyim varsa, mən sakitəm. Mən niyə kiməsə pislik edim ki? İstərdim ki, pis insanlar azalsın. Sənətdə elə kişi ifaçılar var ki, ailəsi yoxdur. Mən onlara ailə və uşaq arzulayıram. Heç vaxt heç kimə pislik arzu etmirəm. Heç kimin malına gözümü dikməmişəm ki, kimin nəyi var, kimin nəyi yoxdur. Arzu edirəm ki, evli olmayan sənətçilər ailə qursunlar və onların biraz insanlıqları artsın”.

Aslan Hüseynovla olan geniş müsahibəni bu bazar saat 13-də “Şou məkan” verilişində izləyə bilərsiz.


Müəllif: Teleqraf.com